Modern.az

“Eurovision”a görə Bakıya giriş bağlanacaq

“Eurovision”a görə Bakıya giriş bağlanacaq

Ölkə

5 Aprel 2012, 13:32

Qonaqların sayının çoxluğu və tədbirin miqyası bu addımı atmağa vadar edib

May ayında Bakıda “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçiriləcəyi günlərdə paytaxta gediş-gəliş ciddi şəkildə məhdudlaşıdırla bilər. Bu barədə Modern.az-a mötəbər mənbədən məlumat daxil olub. Gələn qonaqların sayının çoxluğu və tədbbirin miqyasının böyüklüyü bu addımı atmağa vadar edir. Plana görə, rayonlardan Bakıya gediş-gəliş məhdudlaşdırılacaq və bəzi avtomobillərin paytaxta daxil olması ümumiyyətlə qadağan ediləcək.  

Modern.az bu məlumatı araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında paytaxda girişin məhdudlaşdırılmasının mümkün ola biləcəyini deyib.

“Bilmirəm, bu barədə ətraflı məlumatım yoxdur. Amma ola bilər... Ümumiyyətlə, xüsusi tədbirlər planı hazırlanacaq və o hazır olduqdan sonra biz bu barədə məlumat verəcəyik”.

V.Əsədov müsabiqə ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görüləcəyini qeyd edib. Onun sözlərinə nəinki “Eurovision” iştirakçılarının, bütövlükdə təhlükəsizliyin təminatı ən vacib məsələlərdən biridir.

“Bakı şəhəri “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi edirsə, deməli, bu məsuliyyəti hər bir paytaxt sakini, hər bir Azərbaycan Respublikaslının vətəndaşı dərk etməyi bacarmalıdır. Nə kimi əlavə tədbirlərin olacağı barədə bir söz deyə bilmərəm, ancaq polis gücləndirilmiş iş saatı ilə fəaliyyət göstərəcək, zəruri olan bütün tədbirlər həyata keçirıləcək və təhlükəsizlik tam təmin olunacaq” - deyə V.Əsədov vurğulayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, beynəlxalq tədbirin möhtəşəm və yüksək səviyyədə keçməsi üçün bütün dövlət qurumları kimi Daxili İşlər Nazirliyinin də üzərinə müəyyən vəzifələr düşür. Onun sözlərinə görə bununla əlaqədar nazirlikdə tədbirlər planı hazırlanıb və orada göstərilənlər ardıcıllıqla həyata keçirilir.

“Nazirlik tərəfindən qəbul olunan tədbirlər planında göstərilənlərin hər biri, o cümlədən təhlükəsizlik tədbirləri ilə bağlı məsələlər “Eurovision” müsabiqəsi qurtarana qədər mərhələli şəkildə və ardıcıllıqla həyata keçrilir. Bu sahədə müsbət nəticələr var. Ümumiyyətlə,  təhlükəsizliyin yüjksək səviyyədə təminatı üçün bütün lazımı tədbirlər görülür və görüləcək”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər