Modern.az

Fəzail Ağamalı İctimai Palatanın qərarını dəstəklədi

Fəzail Ağamalı İctimai Palatanın qərarını dəstəklədi

5 Aprel 2012, 13:40

“Bu qərara normal yanaşmaq lazımdır”

“İctimai Palatanın qərarına normal yanaşmaq lazımdır”.  Bu barədə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Palatanın  razılaşdırılmış 8 aprel mitinqi ilə bağlı Modern.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, İctimai Palatanın razışaldırılmış aksiya keçirməsinə normal baxmaq lazmıdır.

“Mən  hesab edirəm ki, ictimai təhlükə yaratmayan yerlərdə, əhalinin hüquqlarının pozulmadığı yerlərdə hər hansı siyasi partiya tərəfindən razılaşdırılmış şəkildə aksiya keçirilərsə, buna normal yanaşmaq lazımdır. Azərbaycan demokratik bir ölkədir. Biz buna normal baxmalıyıq. Düşünürəm ki, burada hər hansı xüsusi münasibətə ehtiyac yoxdur”.

F.Ağamalı həmçinin qeyd edib ki, müxalifət qüvvələrinin İctimai Palatada birləşməsinə baxmayaraq, sosial bazaları olmadığından keçirdikləri mitinqlər də uğursuz alınır.

“Düşünürəm ki, bu partiyaların sosial bazaları olmadıqları üçün keçirdikləri mitinqlər də kütlıvi xarakter daşımır. İndi bu qurumlar taksi sürücülərinə, din adamlarına, bu və ya digər səbəblərdən evləri sökülən insanlara müraciət edərək onları da mitinqlərə dəvət edirlər. Bu da sosial bazanın olmadığı göstərir. Bu baxımdan mən İctimai Palatanın 8 aprel mitinqindən uğurlu nəticə gözləmirəm”-deyə F.Ağamalı əlavə edib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər