Modern.az

Hesablama Palatası nazirlərdən şikayət etdi

Hesablama Palatası nazirlərdən şikayət etdi

Ölkə

5 Aprel 2012, 19:35

Hesablama Palatası Milli Məclisə təqdim etdiyi 2011-ci ilin illik hesabatına dair rəsmi sənəddə bəzi dövlət qurumlarının rəhbərlərindən şikayət edib.

Modern.az-ın məlumatına görə, qurum Milli Məclisə təqdim etdiyi hesabat sənədində bildirib ki, bəzi nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri tərəfindən Palatanın keçirdiyi nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara adekvat olan müvafiq tədbirlər, o cümlədən intizam tənbeh tədbirlərirnin görülməsi təmin olunmayıb.

”Bu da son nəticədə dövlət başçısının dövlət vəsaitlərinin idarə olunması və istifadəsi  üzərində zəruri  maliyyə nəzarətinin daha da gücləndirilməsi barədə tapşırığının lazımi səviyyədə icra olunmasına mənfi təsir göstərir”-deyə sənəddə vurğulanıb.

Hesabatda o da bildirilib ki, Hesablama Palatası qanunvericiliklə ona verilən  səlahiyyətlər daxilində bu cür vəzifəli şəxslərə qarşı daha ciddi tədbirlərin görülməsi, ali dövlət maliyyə nəzarəti orqanı kimi büdcə vəsaitlərindən qənaətlə, səmərəli və məqsədyönlü istifadə  olunmasına, büdcə təşkilatlarında hesabatlılığın və cavabdehliyin artırılmasına səy göstərilməsini özünün prioritet vəzifələrindən biri kimi müəyyən edib.

Hesablama Palatası göstərilən məsələlərlə baölı Nazirlər Kabinetinə də təkliflərlə müraciət edib. Bildirilib ki, Hesablama Palatası tərəfindən son dövrlərdə həyata keçirilən nəzarət tədbirləri zamanı müəyyən edilib ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin icrasını həyata keçirən ayrı-ayrı nazirliklər tərəfindən büdcədə nəzərdə tutulan vəsaitlərin  tabeliklərində olan  büdcə təşkilatları arasında bölgüsünün tam aparılmaması  həmin təşkilatların xərclər smetalarında  büdcə ili ərzində çoxsaylı dürüstləşmə və dəyişikliklərə gətirib çıxarır.

”Bu da ilk növbədə  dövlət büdcəsindən ayrılmış vəsaitlərin  tabeçilikdəki büdcə  təşkilatları arasında  qeyri-bərabər bölgüsünə, bəzi təşkilatlar  üzrə xərclərin kəskin artmasına, digərlərində azalmasına, bir sıra hallarda isə tələbatdan artıq mal-materilların  alınmasına və ya tələbatın tam ödənilməsinə səbəb olur. Bu da büdcə  vəsaitlərinin səmərəsiz istifadəsinə şərait yaradır”-deyə qurum Nazirlər Kabinetinə bildirib.  

Qeyd edək ki, aprelin 6-da Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinləniləcək.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər