Modern.az

Regionların “kiçik padşahları” – icra başçıları – IX

Regionların “kiçik padşahları” – icra başçıları – IX

Ölkə

6 Aprel 2012, 16:26

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. 

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları tez-tez hallandırılır. Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi..

Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?

Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa davam edir. Ötən günlərdə 40 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq. 

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

Əvvəlki kooperativ sədri indi icra başçısı olub

Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlayıb və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləyib. 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olub. 25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifələrində çalışıb. 
Prezidentin 10 oktyabr 2006-cı il tarixli, 1725 saylı sərəncamı ilə Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib.
Deyilənə görə, Yardımlı sakinləri icra başçısından bərk narazıdırlar. Bu yaxınlarda sakinlər adından redaksiyamıza ünvanlanan məktubda bildirilmişdi ki,  müstəqil inzibati ərazi vahidi kimi tanındığı vaxtdan 81 il ötən Yardımlı rayonunun mənəvi tarixində indiki qədər çətin, bu qədər acınacaqlı dövr olmayıb.

Zəngilanın başçısı qonşu rayondandır

Zəngilan rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Şamil oğlu Həsənov
1960-cı ilin aprеl ayının 7-də Cəbrayıl rayоnunun Böyüк Mərcanlı кəndində anadan оlub. 1982-cı ildə Baкı Dövlət Univеrsitеtinin Tariх faкültəsinə daхil оlub, 1988-ci ildə ali təhsilini başa vurub.
2001-ci ilin окtyabrında Sumqayıt Şəhər İcra Haкimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin оlunub, 2011-ci ilin aprеl ayınadəк bu vəzifədə çalışıb.
Prеzidеntin 26 aprеl 2011-ci il tariхli sərəncamı ilə Ramiz Şamil оğlu Həsənоv Zəngilan rayоn İcra haкimiyyətinin başçısı təyin оlunub.
Ramiz müəllimin Zəngilanda işə başlamasından 1 il ötür. Onun fəaliyyəti barədə gərək zəngilanlıları danışdıraq ki. Bu da ayrı bir yazının mövzusudur.

Zərdabın icra başçısı “San-Marino”da işləyib

Zərdab rayonu İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev elə əslən də zərdablıdır. Lütvəli Babəli oğlu Babayev 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirib. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləyib. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək Qafqaz enerjiquraşdırma trestində çilingər işləyib. 1981-ci ilin noyabr ayından 1987-ci ilin avqust ayınadək Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi işləyib. 1987-ci ilin avqust ayından 1990-cı ilin sentyabr ayınadək Mingəçevir şəhər 7 saylı orta məktəbdə müəllim, 1990-cı ilin sentyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mingəçevir şəhər 12 saylı orta məktəbdə direktor müavini, 1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifələrində çalışıb. 1993-cü ilin dekabr ayından 1997-ci ilin mart ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləyib. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri işləyib. Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Təkmilləşdirmə İnstitutunun Sənaye sahələrinin idarəedilməsi ixtisasını bitirib. 1999-cu ilin iyul ayından 2005-ci ilin may ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb. 
Prezidentin sərəncamı ilə 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 
14 dekabr 2007-ci il tarixli sərəncamla prezident L.Babayevi Zərdab rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib. Görəsən Zərdab camaatı ondan razıdır ya narazı? Maraqlı sualdır...

İcra başçısı deputatın qardaşıdır

Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov
əslən Lerikdəndir.
A.Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə Əzizbəyov rayonundakı Neft və Qazçıxarma Trestində başlayıb. Trestin tikinti-quraşdırma idarəsində iş icraçısı, sonra isə baş mühəndis vəzifələrində çalışıb. Daha sonra Əzizbəyov rayonundakı Mənzil Kommunal Birliyinin rəisi, Əzizbəyov Neft və Qazçıxarma Trestində rəis müavini, rəis, bir müddət Bakı Ağır Qaynaq Zavodunun direktoru işləyib. Təşkilatçılıq və iş keyfiyyəti nəzərə alınaraq Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə irəli çəkilib. Sonra "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri olub.
7 aprel 2006-cı il tarixdən 21 aprel 2011-ci il tarixədək isə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
21 aprel 2011-ci il tarixdən Şamaxı rayonu İcra Hakimiyyətinin başçısıdır. YAP-nın üzvüdür.
Yeri gəlmişkən, Asif Məmmədov Milli Məclisin deputatı İqbal Məmmədovun qardaşıdır.
Əməkdaşımız bu yaxınlarda Şamaxıdan hazırlayacağı reportajda sakinlərin icra başçısının fəliyyətinə verəcəyi qiyməti yazısında əks etdirməyi düşünür.

Keçmiş biznesmen, indiki başçı

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov əslən bu bölgədən deyil.
Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olub. İlk orta təhsilini də orada alıb. Daha sonra ali təhsilə yiyələnib. İxtisasca mühəndis-elektrik və iqtisadçıdır. Rəsmi məlumata görə, E.Usubov onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlayıb. Daha sonralar biznes fəaliyyəti ilə məşğul olub. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

Ardı olacaq...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər