Modern.az

İsa Qəmbər növbəti mitinqin vaxtını elan edib

İsa Qəmbər növbəti mitinqin vaxtını elan edib

8 Aprel 2012, 17:50

İctimai Palatanın bu gün Səbayel rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində keçirdiyi etiraz aksiyasında Müsavat başqanı İsa Qəmbər də çıxış edib.
O, deyib ki, İctimai Palata hakimiyyətlə razılaşdırılmış mitinqə ona görə gedib ki, sosial ədalətsizlikdən narazı olan insanların öz sözünü deməsi üçün bir qapı açılsın. İsa Qəmbər mitinqdə 10 min adamım iştirak etdiyini vurğulayıb.

O, növbəti aksiyada daha çox insanın iştirak edəcəyinə əminliyini qeyd edib. İsa Qəmbər növbəti mitinqin 22 apreldə keçirələcəyini bəyan edib. Müsavat başqanı həbsdə olan müxalifətçilərə azadlıq tələb etdiklərini vurğulayıb.

İsa Qəmbərin çıxış etdiyi müddətdə aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər