Modern.az

Dörd rayonun icra başçısı dəyişdirildi

Dörd rayonun icra başçısı dəyişdirildi

10 Aprel 2012, 19:16

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bir neçə rayonun icra başçısının dəyişdirilməsi barədə sərəncam imzalayıb.

Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov tutduğu vəzifədən azad olunub. Onun yerinə Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı İrşad Əliyev gətirilib.

Ölkə başçısı Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da iş yerini dəyişdirib. X.Aslanov Xızı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xızı rayonunun icra başçısı Vaqif Abdullayev də vəzifəsindən kənarlaşdırılıb. Amma Vaqif Abdullayev işsiz qalmayıb. Prezident onu Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.

Keçmiş deputat Sevindik Hətəmov isə Yardımlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?