Millət vəkili Etibar Hüseynovun Mixail Qorbaçovdan Nobel mükafatının geri alınaraq məsuliyyətə cəlb olunmasıyla bağlı bu ilin fevral ayında başladığı beynəlxalq aksiyaya dəstək gəlməkdə davam edir. Aprelin 9-da deputat Gürcüstanın paytaxtı Tiflis şəhərinində keçirilən mitinq-yürüşə qatılıb. Bu barədə məlumati millət vəkili Modern.az saytının müxbiri ilə söhbətində bildirib. O deyib:
- 20 yanvar hadisələrilə baglı Qorbaçovdan Nobel mükafatının alınması və onun həbs olunmasıyla bağlı aksiyaya başlayanda da bildirmişdik ki, Gürcüstan parlamentinə və gürcü ictimaiyyətinə də müraciət edəcəyik ki, onlar da qanlı 9 aprel hadisələrinə görə anoloji aksiyaya başlayıb bizi dəstəkləsinlər. Və cox sevindirici haldır ki bu müraciətimiz nəticəsiz qalmadı.
Mənə Gürcüstanın bir sira gənclər və qeyri-hökumət təşkilatlarından 9 aprel mitinqində iştirak etmək ücün dəvətlər gəldı. Mən də böyk məmuniyyətlə bu aksiyaya qatıldım. İlk olaraq qeyd edim ki bu tədbir 9 aprellə bağlı keçirilən mitinqlərin son 15 ildə ən izdihamıl və mütəşəkkili idi.
Aksiya Gürcüstan Gənclər Parlamenti, Gənclərin Regional İnkişaf Təşkilatı və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə baş tutdu.
Aparıcısı Gürcüstan Gənclər Parlamentinin sədri Teona Lavrelaşvili olan yürüş-mitinq Tiflisin Puşkin parkından start gütürdü. Əllərində "Gürcüstan Təhlükasiz Qafqaz tərəfdarıdır!", "9 apreli törədənlər mühakimə olunsun!", "Qorbaçova medal deyil qandal yaraşır!" kimi şüarlar tutan yüzlərlə gənc böyük coşqu ilə Rustaveli prospektindən kecib ölkə parlamentinin qarşısında toplandı və burada mitinq kecirildi.
Deputat deyib ki, mitinqdə o da cıxış edib və nümayiş etdirdikləri bu həmrəyliyə görə aksiya iştirakçılarına minnətdarlığını bildirib. E.Hüseynov düyib ki, bu mübarizə mütləq öz nəticəsini verəcək və Mixail Qorbaçov öz layiqli cəzasını alacaq.
”Ən azından Qorbaçov anlayacaq ki, indən sonra 10 illiklər ötsə belə, Azərbaycan və gürcü xalqı onu həmşə nifrətlə anacaq və lənətləyəcəkdir”.
Modern.az