Modern.az

Deputatdan şok açıqlama: “Maştağada şəxsiyyət vəsiqəsi olmayan 200 ruhi xəstə saxlanır”

Deputatdan şok açıqlama: “Maştağada şəxsiyyət vəsiqəsi olmayan 200 ruhi xəstə saxlanır”

11 Aprel 2012, 17:05

Musa Quliyev: “Bu psixi xəstələrin əmlakları, mülkləri mənimsənilir”

  “Maştağa ruhi xəstəxanasında 200-dən artıq xəstənin nə şəxsiyyət vəsiqəsi, nə də hüquqi sənədi var”.
Bu açıqlamanı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu gün keçirilən parlamentdə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna layihəsinin müzakirəsi zamanı verib.

Məsələnin ciddi olduğunu vurğulayan deputat bildirib ki, burada yatan psixi xəstələrin mal-mülkləri başqaları tərəfindən mənimsənilir.

“Xəstələrin vəziyyətindən istifadə edən onların bəzi qohumları bu psixi xəstələrin mülklərini, əmlaklarını mənimsəyiblər. Belə xəstələrin nə zaman sağalacağı barədə yaxınlarına məlumat verilmir”-deyə deputat bildirib.  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər