Modern.az

Ermənilərin yeni nümayəndə heyəti Bakıya gəlib

Ermənilərin yeni nümayəndə heyəti Bakıya gəlib

Ölkə

19 Aprel 2012, 11:24

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransı öz işinə başlayıb. Modern.az xəbər verir ki, FAO-nun 28-ci Regional Konfransıda iştirak etmək üçün erməni nümayəndə heyəti də Bakıya gəlib.
Ötən gecə Bakıya çatan erməni nümayəndə heyətinə Ermənistan kənd təssərüfatı nazirinin müavini  Armen Poqosyan başçılıq edir.

Ermənistan Kəndə Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir ki, nümayəndə heyəti heç bir problem olmadan Bakıda yerləşib. Erməni nümayəndələr özlərinə qarşı heç bir gərgin ab-hava hiss etmədiklərini bldiriblər.

Azərbaycan kənd təssərüfartı nazirinin müavini İlham Quliyev deyib ki, müvafiq strukturlar ermənilərin təhlükəsizliyini qoruyur.

Aprelin 17-20-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyası keçirilir.  


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər