Milli Məclisin bugünkü iclasında söz alan deputat Sabir Rüstəmxanlı yeni təyin olunmuş bir çox İcra hakimiyyəti başçılarını ittiham edib. O bildirib ki, yeni icra başçıları ancaq əvvəlklinin tikdiyini sökməklə məşğuldurlar.
”Bütün Bakı narahatdır ki, nə üçün bu qazıntılar elə bu vaxta qaldı. Bütün Bakı qazılır. Bunun səbəbi nə ilə bağlıdır? Rayonlarda da təxminən eyni vəziyyətdir. Başqa bir məsələ ondan ibarətdir ki, rayonlara yeni icra başçısları təyin olunanda əvvəlki başçının tikdiyi bir divarı söküb başqa birisini tikir. Bu qədər küllü miqdarda pullları xərcləməyə yer yoxdurmu? Ancaq elə divar tikmək lazımdır”-deyə S.Rüstəmxanlı qeyd edib.
Deputat çıxışında daha sonra ölkəmizdə xarici ölkə vətəndaşlarının aldıqları maaşın öz vətəndaşlarımızdan qat-qat çox olduğunu dilə gətirib: “Bu gün başqa bir xoşagəlməz vəziyyət müşayiət olunur. Ölkəmizdə hər hansı müəssisədə eyni iş görən azərbaycanlılarla xaricilər arasında maaş fərqi beş, altı dəfəyə qalxır. Nə qədər öz vətəndaşımız belə yaşamalıdır? Bunun qarşısın almaq lazmıdır”.
Millət vəkili sonra “Avroviziya” ilə bağlı məsələyə toxunaraq bu müsabiqənin ölkəmiz üçün təqdirəlayiq hal olduğunu vurğulayıb. Lakin deputat Bakı şəhərində ana dilimizdə reklan lövhələrinin olmamasından gileylənib.
“Bu müsabiqə ilə bağlı Azərbaycana gələcək hər hansı əcnəbi Bakı şəhərində ana dilimizdə bir dənə də olsa reklam görə biləcəkmi? Onlar nə düşünəcəklər. Fikirləşəcəklər ki, bura haradır, hansı ölkənin paytaxtıdır. Bu məsələyə baxmaq lazımdır”-deyə S.Rüstəmxanlı əlavə edib.
Modern.az