Həmişə olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalifətin mitinqini izləyib.
Bu barədə Modern.az saytına deputat özü məlumat verib. O, qeyd edib ki, bu mitinq müxalifətin ötən mitinqindən heç nə ilə fərqlənmədi:
“Hətta deyərdim ki, onlar ötən dəfə bundan daha fəal idilər. Məndə dəqiq məlumat var idi, müxalifət bu məsələdə Sulutəpədəki hadisələrdən və taksi sürücülərindən də istifadə ediblər. Amma yenə də ortaya 1000 nəfər çıxara bildilər. Bu isə bir daha onu göstərdi ki, müxalifətin sosial bazası yoxdur. Hətta mən orada çıxış edənlərə qulaq asdım. Adam tapılmadığına görə Gülağa Aslanlıya da söz vermişdilər. Özlərini müxalifət adlandıranlar meydana yalnız öz qohum-əqrabalarını çıxarmışdılar. Ötən dəfə onların aksiyalarında kimlər var idisə, elə bu dəfə də onlar idi. Getdikcə bunların sayı azalır”.
Modern.az