Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üzrə ali məktəblərə keçiriləcək qəbul imtahanlarının vaxtına bəzi dəyişiklik edib.
Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ilk imtahan III ixtisas qrupu üzrə iyulun 8-də keçiriləcək. I ixtisas qrupu üzrə imtahan iyulun 14-də, IV qrup üzrə iyulun 20-də və sonuncu imtahan isə II ixtisas qrupu üzrə iyulun 27-də keçiriləcək.
TQDK buraxılış və qəbul imtahanlarına hazırlaşan gənclərə, onların valideynlərinə müraciət edərək bəzi işbazların onların etibarından istifadə etmələrinə, əsassız vədlər verməsinə inanmamağa çağırır. Qeyd edirik ki, istənilən şəxsin imtahan nəticələrinə müdaxilə etməsi texnoloji cəhətdən mümkün deyildir və belə hərəkətlər dələduzluq kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradacaq.
Gültəkin Ələsgər