Elmi-dini konfransda iştirak etmək üçün Özbəkistana səfər edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səfər zamanı əsa gəzməsi diqqət çəkib. Modern.az saytı xəbər verir ki, Özbəkistanda keçirdiyi görüşlərə əlində əsa ilə gedən Şeyxülislam oturduğu yerlərdə də onu yanından kənara qoymayıb.
Əməkdaşımız Allahşükür Paşazadənin əsa ilə gəzməsinin onun səhhətində yaranmış hansısa problemlə və ya yaşı ilə əlaqədar olduğunu dəqiqləşdirməyə çalışıb.
QMİ-dən bu barədə məlumat verilməyib.
Ancaq yaxınlarından əldə etdiyimiz məlumata görə, uzun müddətdir Allahşükür Paşazadənin belində ağrılar var. O, hər il bu ağrılarla əlaqədar Almaniyada müalicə kursu keçir. Hətta bir dəfə əməliyyat da olunub.
Şeyx həzrətlərinin əlində əsa gəzdirməsi də belindəki ağrılarla əlaqələndirilib.
Qeyd edək ki, Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub, 63 yaşı var. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.
Modern.az