“Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədar “Sədərək” və “Binə” ticarət mərkəzləri bağlanacaq. Modern.az saytına daxil olan məlumata görə, mötəbər yarışma ərəfəsində ticarət mərkəzlərinin bütün obyektləri 15 günlüyə bağlanacaq.
Modern.az saytının əməkdaşı məlumatın dəqiqliyini öyrənmək üçün ticarət mərkəzləri ilə əlaqə saxlayıb. “Sədərək” Ticarət Mərkəzinin İnformasiya, reklam və marketinq şöbəsindən məlumatı təsdiqləməsələr də, inkar da etmədilir. Şöbədən yarışma ərəfəsində ticarət mərkəznin bağlanması ehtimalının böyük olduğu bildirildi. “Biz də belə bir məlumat eşitmişik. Ticarət mərkəzində bu cür söhbətlər gəzir. Amma konkret olaraq müdiriyyət tərəfindən hələ dəqiq heç nə deyilməyib. Yəni mərkəzin mayın hansı müddətində bağlanacağı barədə dəqiq məlumat yoxdur”. “Binə” ticarət mərkəzindən isə bu barədə münasibət öyrənmək mümkün olmadı. Qeyd edək ki, “Bakı Kristal Zal”ında “Eurovision-2012” Mahnı Müsabiqəsinin mayın 22 və 24-də yarımfinalları, mayın 26-da isə final mərhələsi keçriləcək.
Aytən ƏLİYEVA