“Çanaq antenalarının yığışdırılması ilə bağlı hələ heç bir iş aparılmır”.
Bunu Modern.az saytına açıqlamasında Rabitə və informasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib.
Ölkə ərazisinin hazırda 85 faiz rəqəmli televiziya ilə əhatə olunduğunu deyən M.Abbasov bildirib ki, rəqəmli yayıma keçdikdən sonra insanlar özləri çanaq antenalarını yığışdıracaq.
“İlin sonuna və ya bu yayda artıq ölkə ərazisinin 90-95 faizi rəqəmsal yayıma keçəcək və o zaman camaatın artıq çanaq antenalardan istifadəsinə ehtiyac qalmayacaq. Amma hazırda bizim tərəfimizdən çanaq antenaların yığışdıırılması istiqamətində heç bir iş aparılmır”.
Aytən ƏLİYEVA