Modern.az

Birinci xanımlardan yarımayan Kuba - FOTOLAR

Birinci xanımlardan yarımayan Kuba - FOTOLAR

24 Aprel 2012, 11:27

Fidel Kastronun bir arvadı intihar edib, o birisi “Komendnate”dən qaçıb

 
Kuba lideri Fidel Kastro keçmiş SSRİ üçün Amerika qitəsindəki inqilab rəmzi idi. Onun haqqında əfsanələr dolaşır, barəsindəki şeirlərdə Kuba inqilabı vəsf olunurdu. Fidelin şəxsi həyatı barədə o qədər çox məlumatlar yoxdur.
Modern.az
saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimatı Kubanın birinci xanımı barəsindədir. Daha doğusu birinci xanımları... Məsələ burasındadır ki, Fidel Kastronun rəsmən üç həyat yoldaşı olub. Hələ bu harasıdır, Kuba liderinin hətta vətəndaş nikahında yaşadığı qadınlar da az olmayıb. Bir sıra mənbələrəin iddialarına görə, onun çox uşağı olub, ancaq Kastro rəsmən 7-sini qəbul edib.   

Fidelin birinci həyat yoldaşı Mirta Dias Ballartdı. 1928-ci ildə anadan olan Mirta Ballart Fidelin ilk qanuni nikahdakı arvadı olub. Havana unversitetinin Fəlsəfə fakültəsində oxuduğu zaman Fidellə tanış olan Mirta tezliklə ona ərə gedib. O, Kubada nadir hallarda rast gəlinən sarışın, zərif, gözəl xanım olub. Kastro onu görəndə dostlarına deyibmiş ki, o qız  onun olacaq. Bu isə inandırıcı deyildi. Çünki Mirta Kubanın o zamankı rəhbəri Batistanın naziri olan generalın qızı idi. Amma Fidel istəyinə qovuşmağı bacarır…

1948-ci ildə Kuba burjua cəmiyyətinin qanunlarına uyğun toy oldu. Cütlüyün valideynləri bütün imkanlı gənclərin ailələri kimi onların ABŞ-da bal ayını keçirmək pulunu ödədilər. Fidel Mirta ilə bir neçə il sülh və razılıqda yaşadı. 1955-ci ildə isə Fidel Kastro Kubadan qaçandan sonra Mirta ondan boşandı.   

Fidelin bu nikahdan 1949-cu ildə oğlu Fidelito dünyaya gəlib. İllər sonra o, Kubada Atom enerjisi üzrə agentlikdə işlədiyi zaman işdən qovulmuşdu. Deyilənə görə, atası haqqında nəsə ağzından qaçırtmışdı. Əvvəlcə rus qızı ilə evlənən Fidelito sonradan boşanıb, ispan aristokrat xanımı ilə ailə qurub. Fidelito əmisi Raulla birgə Fidelin varisi sıralarında güman olunur.   Hazırda İspaniyada yaşayan Mirta yeganə oğlu Fidelitonu qaçırmaq üçün bir dəfə cəhd etsə də, bu uğursuz nəticələnib. 40 ildən sonra, 2006-cı ildə Mirtaya Kubaya qayıtmağa icazə verdilər. O oğlunu görmək üçün gəlmişdi. Lakin Mirtanın keçmiş əri Fidellə görüşüb-görüşmədiyi bilinmədi. Fidelito Kastro Kuba Nazirlər Soveti sədrinin elm məslələri üzrə müşaviridir.  

Əllinci illərin əvvəllərində Kastro öz inqilabçı ideyalarını élan edən zaman o vaxtın şəhər bohemasının ən gözəl qadınlarından biri Nati Revuelta ilə rastlaşır. Nati yaşlı Kuba həkimi ilə evil idi. Lakin bu inqilabçıya həmin gözələ sahib olmağa maneçilik törətmədi. O sevgilisinə Batistanın generalının devrilməsi üçün inqilabi planlar hazırlamağa kömək etməyə razı oldu. Bütün planlarda Nati ən aktiv rol oynayırdı. Kastro Mirtayla boşandıqdan sonra Nati onunla yaşamağa başladı. Bu evlilik qeyri-rəsmi nikah əsasında sürürdü. Bu münasibətlərdən 1956-cı ildə Alina adlı qızı dünyaya gəlib. Uzun müddət qeyri-rəsmi saxlanılan bu məsələ sonradan həll olunub. Alina ailə həyatı qurarkən Kastro onu qızı kimi qəbul etdi. Komandante öz qızını çox istəyirdi. Ancaq bu, Alinaya 1993-cü ildə  Kubadan saxta ispan pasportuyla qaçmağa mane olmadı. Alina özü xatirələr kitabı yazaraq Fidelin şəxsi həyatıyla, qardaş, bacısıyla bağlı sirrlər pərdəsini açdı. Hətta indi də, qızının vətəndən qaçmasından 20 il keçməsinə baxmayaraq, Fidel onun yanında Alinanın adının çəkilməsinə icazə vermir. Hazırda ABŞ-da yaşayan Alina radioda dj işləyir.  

Bundan başqa, Fidel Kastronun bir övladı da Kubada Amparo adlı qadından olan Xorxe Anxeldir.

Yorulmayan komandantenin ikinci qanuni arvadı katibə və köməkçi  Seliya Sançes olub. O, 80-ci illərin ortasında həyatına intiharla son qoyub. Amerikalı jurnalistlərlə söhbətdə Fidel onu “qoruyucu mələk” adlandırmışdı. Seliya Fideldən 5 yaş böyük olub. Komendante ilə tanış olanda Seliyanın 36 yaşı varmış. O Fidel Kastroya təsir edə biləcək yeganə qadın olub. Rəsmi xəbərdə onun intihar etdiyi deyilsə də, bir sıra şaiyələrə görə onu qaynı Raul Kastro güllələyib. Fidelin qardaşı Seliyaya nifrətini heç vaxt gizlətmirmiş.   

Hazırda Fidel Kastronun Dalia Soto adlı qadınla rəsmi nikahda olduğu bildirilir. Fidel Kastro onunla 25 il vətəndaş nikahında yaşayıb. Son 5 övladı  məhz bu qadındandır. Daliadan olan uşaqların adlarının hamısının adı A hərfi ilə başlayır: Aleksandro, (1960), Aleks (1963), Alexandro (1964), Antonio (1973), Anxelito (1968). Bu ona görədir ki, rəhbərin ikinci adı Alexandrodur. Hal-hazırda  onun böyük oğlunun 52, kiçik oğlununsa 38 yaşı var.
 
Ümumiyyətlə, Kubada Kastro ailəsi haqqında hər hansı informasiya yaymaq qadağandır.  


 

 

 

 

İkinci arvadı Nati Revuelta

 

 Fidel Kastronun Amerikaya qaçan qızı Alina

Kuba liderinin hazırki ailəsi...


X.SƏFƏROĞLU
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər