Modern.az

Vergi məmuru Binəqədiyə icra başçısı təyin olundu

Vergi məmuru Binəqədiyə icra başçısı təyin olundu

26 Aprel 2012, 19:03

Modern.az xəbər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Binəqədi rayonuna yeni icra başçısı təyin olunub.

Bununla bağlı rəsmi sərəncamda bildirilib:

"Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

Modern.az-ın məlumatına görə, Xaləddin İsgəndərov bu təyinatadək vergi məmuru işləyirdi. O, Bakı şəhəri Vergilər Departamenti rəisinin 1-ci müavini postunu tuturdu...

Xatırladaq ki,  Binəqədi rayonu İcra hakimiyyətinin sabiq başçısı Alı Qocayev bir neçə gün öncə Samuxa icra başçısı göndərilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər