Modern.az

Siyavuş Novruzov: “Alman səfir özünü Steynar Gil kimi aprır”

Siyavuş Novruzov: “Alman səfir özünü Steynar Gil kimi aprır”

Ölkə

2 May 2012, 16:24

“Almaniyanın Azərbaycandakı səfirinə qarşı heç bir kampaniya yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov Fransa səfiri Qabriel Kellerin bu günkü müsahibəsində alman həmkarına qarşı olan hucumlar barədə dediklərini şərh edərkən bildirib.

YAP icra katibinin müavini bildirib ki, Almaniyanınn ölkəmizdəki səfirinin daxili işlərə qarışmaq ixtiyarı da yoxdur.

“Sadəcə olaraq Almaniyanın səfiri Azərbaycanda özünü vaxtilə ölkəmizdə olan Norveç səfiri kimi aparır. Onun da taleyinin sonradan necə olduğu hamıya bəllidir”-deyə S.Novruzov vurğulayıb.
 

“Ölkədə hansı dövləti təmsil etməyindən asılı olmayaraq hər bir səfir hərəkətlərinə və davranışlarına nəzarət etməlidir” deyən Siyavuş Novruzov bu danışığın onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.

Qeyd edək ki, Fransa səfiri Keller “Turan” İA-ya verdiyi müsahibədə Almaniya səfərinə qarşı KİV-də aparılan kampaniyanı tənqid edib.
“Almaniyalı həmkarıma qarşı başlanmiş bu məkrli təbliğat məndə ikrah hissi doğurur” –deyə Fransa səfiri qeyd edib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi