Modern.az

Qubanın keçmiş icra başçıcı 2 saat dindirilib

Qubanın keçmiş icra başçıcı 2 saat dindirilib

3 May 2012, 12:50

Rauf Həbibov hadisələrlə bağlı müstəntiqin suallarını cavablandırıb

Qubanın keçmiş icra başçısı, kütləvi etirazlardan sonra vəzifəsindən istefa verməyə məcbur olan  Rauf Həbibbov Baş Prokurorluqda dindirilib. Bu barədə Modern.az etibarlı mənbədən məlumat daxil olub. İki saata yaxın Baş Prokurorluqda ifadə verən keçmiş icra başçısına Quba hadisələri ilə bağlı suallar verilib.

Xatırladaq ki, martın 1-də Quba rayon İcra Hakimiyyəti qarşısında minlərlə insanın etiraz aksiyası keçirilmişdi. Buna sakinlərin İcra Hakimiyyətindəki toplantıların birində danışan Rauf Həbibovun qubalılar barədə dediyi sözləri hörmətsizlik kimi qəbul etməsi səbəb olmuşdu. Sonradan həmin çıxışın videogörüntülərinin internetdə yayımlanması icra başçısının istefası ilə nəticələndi. O zaman aksiya toqquşmalar və zorakılıqla müşayiət olundu. İcra Hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırıldı.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Cinayət işi üzrə 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-si barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Rauf Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib. 2007-ci il oktyabrın 1-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlum hadisədən sonra işdən çıxarılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər