Modern.az

Bakı Baş Səhiyyə İdarəsinin rəisi işdən çıxarılıb yeni vəzifəyə təyin edildi

Bakı Baş Səhiyyə İdarəsinin rəisi işdən çıxarılıb yeni vəzifəyə təyin edildi

Ölkə

3 May 2012, 14:46

Modern.az xəbər verir ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilərək başqa işə keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova Əmək Məcəlləsinə və "Dövlət qulluğu" haqqında qanuna edilən dəyişikliyə əsasən 65 yaşı tamam olduğuna görə tutduğu vəzifəsindən azad edilib.

Əməkdar həkim Leyla Seyidbəyovanın böyük praktiki iş təcrübəsi nəzərə alınaraq, əmək müqaviləsi əsasında Mərkəzi Neftçilər Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev də 65 yaşı tamam olduğuna görə vəzifəsindən azad edilərək Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru təyin edilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsinə isə 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Gülmirzə Poladov təyin olunub. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər