Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Qanuna ötən il edilən dəyişikliyə əsasən, dövlət orqanlarında 65 yaşa çatmış işçilər ixtisar olunurlar. 2011-ci ilin sentyabrından başlayaraq 2012-ci ilin bu gününədək bir sıra dövlət orqanlarının 65 yaşlı əməkdaşları işdən azad olunaraq, təqaüdə göndərilib.
Modern.az saytı qanunvericilikdə edilən dəyişiklikdən indiyə kimi hansı nazirlik və komitədən, eləcə də rayon İcra Hakimiyyətindən nə qədər işçinin təqaüdə göndərildiyini araşdımağa çalışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətinin rəhbəri Asəf Əliyev bununla bağlı Modern.az-ın sualını cavablandırıb. Komissiya rəsmisi təqaüdə göndərilən işçilərin sayının hər bir nazirlik üzrə fərqli olduğunu bildirib.
Modern.az 2011-2012-ci illər ərzində dövlət qurumları üzrə təqaüdə göndərilən işçilərin sayını təqdim edir:
Təhsil Nazirliyi - 65 nəfər
VergilərNazirliyi - 2 nəfər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 1nəfər
Kənd Təsərrüfatı Nazirliyi - 28 nəfər
Nəqliyyat Nazirliyi - 3 nəfər
Müdafiə SənayesiNazirliyi - 2 nəfər
Bakı Ağır Cinayətlər Məhkəməsi - 1 nəfər
Dövlət Statistika Komitəsi - 26 nəfər
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi - 8 nəfər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsi - 6 nəfər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - 5 nəfər
Milli Arxiv İdarəsi - 3 nəfər
İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi - 1 nəfər
Milli Televiziya və Radio Şurası - 1 nəfər
Bakı şəhəri Nizami RİH - 1 nəfər
Bakı şəhəri Sabunçu RİH - 3 nəfər
Bakı şəhəri Binəqədi RİH - 2 nəfər
Bakı şəhəri Suraxanı RİH - 2 nəfər
Abşeron RİH - 3 nəfər
Şəmkir RİH - 17 nəfər
Zəngilan RİH - 9 nəfər
Füzuli RİH - 8 nəfər
Ağcabədi RİH - 7nəfər
Cəlilabad RİH - 7 nəfər
Ağdaş RİH - 5 nəfər
İmişli RİH - 4 nəfər
Kürdəmir RİH - 4 nəfər
Qubadlı RİH - 3nəfər
Ağsu RİH - 3 nəfər
İsmayıllı RİH - 3 nəfər
Yevlax ŞİH - 3 nəfər
Goranboy RİH - 2 nəfər
Samux RİH - 2 nəfər
Biləsuvar RİH - 1 nəfər
Astara RİH - 1 nəfər
Nihadə Eyyubova