Modern.az

Məleykə Abbaszadə: “Təhsil Nazirliyindən bizə verilən maddi-texniki bazanı qəbul etmədik”

Məleykə Abbaszadə: “Təhsil Nazirliyindən bizə verilən maddi-texniki bazanı qəbul etmədik”

Ölkə

14 May 2012, 12:53

Prezidentin aprel sərəncamı ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən maddi-texniki baza bizə 15 gün ərzində verilməli idi. Ancaq təəssüflər olsun ki, 15 gündən sonra bizə verilən maddi-texniki baza gözlənilən kimi olmadı, orada məlumatlar köhnə kompüterlərdən qalma idi və biz bunu qəbul etmədik”.
Modern.az saytı xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Məlumat bazasının mayın 4-də TQDK-ya daxil olduğunu deyən M.Abbaszadə burada da müəyən problemlərin olduğunu vurğulayıb.

“Məlumat bazasında şagirdlərin 93 faizi haqqında məlumat var idi. Buna görə də biz rayon Təhsil şöbələri ilə dəqiqləşdirmələr aparmalı olduq. Dünən mənə verilən məlumata görə, Bakı şəhəri üzrə 9 illik baza üzrə 98.8 faiz, 11 illik baza üzrə isə 98.4 faiz məlumat şagirdlərin şəkilləri ilə öz əksini tapıb. Rayon Təhsil şöbələri ilə aparılan dəqiqləşdirmələr hesabına isə ümumilikdə 9 illik bazada 98.4 faiz, 11 illik bazada 98.7 faiz məlumat öz əksini tapıb”.

TQDK sədri eyni zamanda bu il buraxılış imtahanı verəcək şagirdlərin 50 km-dən uzağa aparılmayacağını qeyd edib.
“Onlar yaşadığı əraziyə yaxın yerlərdə imtahan verəcəklər. Eyni zamanda imtahan zamanı köçürənlər, nizam-intizamı pozanlar, telefon gətirənlərdə imtahandan uzaqlaşdırlacaqlar. Biz onlara əvvəlcədən xəbərdarlıq edir, yadaş kitabçalarıı paylayırıq”.

Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi