Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 16-da saat 00:00-da başa çatır.
16 may 2012-ci il saat 11:30-a olan məlumata əsasən 103934 abituriyent internetlə “Elektron ərizə “doldurub, lakin onlardan 98741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdiribdir.
TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may 2012-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
Modern.az