Modern.az

Hidayət Orucov işdən çıxarıldı

Hidayət Orucov işdən çıxarıldı

31 May 2012, 19:00

Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini vəzifəsindən azad edib. 

Modern.az xəbər verir ki, ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda bildirilib:

“Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin”.

H.Orucov 5 sentyabr 1944-cü ildə anadan olub. 
68 yaşlı Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2006-cı illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib.
2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri olub.
2006-cı ildən indiyədək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri idi.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?