Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə yeni direktorun təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu sərəncamla Fərhad Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.