Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszdə bu gün keçirdiyi mətbuat konfransında magistraturaya qəbulla bağlı yeni xəbər verib. Onun sözlərinə görə, 2012-2013-cü tədris ilində bəzi ali məktəblərə magistr təhsili üçün tələbə qəbulu olmayacaq.
“Bakı Asiya Universiteti, Təfəkkür Universiteti, Avrasiya Universiteti, Qızlar Universiteti, Bakı Biznes Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Mingəçevir Politexnik İnstitu və Naxçıvan Müəllimlər İnstitutunda magistr üçün plan yerləri dayandırılıb”.
Mail AĞAXANOV