Tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yaxın günlərdə “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq bakalavrlarin istifadəsinə veriləcək. TQDK-dan Modern.az saytına verilən məlumata görə jurnalda bakalavrlar ixtisaslaşma seçimi və “Bakalavrın elektron ərizəsi” forması nümunəsi, qəbul aparılan ixtisaslaşamalar və s. haqqında məlumatları tapa biləcəklər.
Bakalavrlar iyunun 4-dən 12-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İyunun 20-dən 23-dək isə onlar elektron ərizələrinə daxil olaraq “Bakalavrın imtahan buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Qeyd edək ki, magistr imtahanın ikinci mərhələsi 2012-ci il iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.