Modern.az

Cəbhədə vəziyyət gərgindir, Tovuzda bir kəndin əhalisinə bayıra çıxmamaq tapşırılıb

Cəbhədə vəziyyət gərgindir, Tovuzda bir kəndin əhalisinə bayıra çıxmamaq tapşırılıb

6 İyun 2012, 10:56


Cəbhədə vəziyyət gərgin olaraq qalır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 5-də saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozub.

Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Modern.az-ın əməkdaşı xəbər verir ki, dünəndən başlayaraq Tovuzun Əlibəyli kəndi atəş altında saxlanılır. Düşmən tərəfi ordumuzun mövqelərilə yanaşı, kəndin yollarını, evlərini atəş hədəfinə çevirib. Məlumata görə, həmişəkindən fərqli olaraq ermənilər bu dəfə iri çaplı pulemyotlardan daha çox istifadə edirlər. Dünənəndən Əlibəyli kəndində əhaliyə evlərdən bayıra çıxmamaq tapşırılıb. Bu barədə Əlibəyli kənd icra nümayəndəliyindən məlumat verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?