Modern.az

Buraxılış imtahanlarından “2” alan şagirdlərin sayı açıqlandı

Buraxılış imtahanlarından “2” alan şagirdlərin sayı açıqlandı

6 İyun 2012, 12:04

Bakı şəhərindəki orta məktəblərdə iyunun 2-də keçirilən buraxılış imtahanlarının fənlər üzrə nəticələri açıqlanıb. Modern.az xəbər verir ki,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də paytaxtda 11-ci siniflər üçün imtahanda Ana dilindən 278 nəfər “2”, riyaziyyatdan isə 648 nəfər “2” alıb.

“Ana dilindən 9999, Riyaziyyatdan 10842 nəfər “3” alıb. “4” alanlar Ana dilindən 9 940 nəfər, riyaziyyadan 9488 nəfərdir. Ana dilindən 4 987, Riyaziyyatdan isə 4226 şagird “5” alıb. Cəmi 25204 nəfər şagird imtahanda iştirak edib”.

M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üçün keçirilən buraxılış imtahanında isə 35026 nəfər şagird iştirak edib. Onun sözlərinə görə 9-cu siniflərdən 1265-i Ana dilindən, 2400-ü isə Riyaziyyatdan “2” alıb.

“Ana dilindən 17202, Riyaziyyatdan isə 19436 şagird “3” alıb. Eyni zamanda 11470 nəfər Ana dilindən “4”, 8566 nəfər isə Riyaziyyatdan “4” alıb. 5089 şagird Ana dilindən, 4624 şagird isə riyaziyyatdan “5” alıb”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?