Dövlət Departamentində Azərbyacanın ərazi bütövlüyünü tanımaqla bağlı qətnamə və Qarabağda izəlmə aparmaq üçün yüksək texnologiyalar təklif edir
Departament rəsmisi: “Konqresin və ABŞ hökümətinin mənəvi borcudur ki, bu qeyri-stabil rayonda özünün strateji müttəfiqinə dəstəyini nümayiş etdirsin”
ABŞ Dövlət Departamenti Azərbyacana kəşfiyyat -izləmə aparatlarını almaq üçün icazə verilməsi imkanlarına baxır. Modern.az bildirir ki, bu barədə EurasiaNet məlumat yayıb. Dövlət Departamentində bu addımı Azərbyacanı İrandan müdafiə etmək məqsədi ilə vacib saydıqlarını bildiriblər.
Konkret olaraq hansı texnikanın alınmasına icazə verilməsi açıqlanmasa da, məlum olub ki, bu müşahidə və kəşfiyyat üçün nəzərdə tutulmuş aparatlardır. Bu avadanlıq Azərbaycanın Rusiyadan aldığı Mi-35M hərbi vertoloyotlarının üzərində quraşdırılacaq. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, avadanlıq Azərbaycanın sərhəd qoşunlarına veriləcək.
“Konqresin və ABŞ hökümətinin mənəvi borcudur ki, bu qeyri-stabil rayonda özünün strateji müttəfiqinə dəstəyini nümayiş etdirsin və Azərbaycanı qəti şəkildə dəstəkləsin. Belə dəstək müstəqil, möhkəm və suveren Azərbaycanın dəstəklənməsi haqqında Qətnamədən başlanır. Bura həmçinin Bakını ZRK “Patriot” (PAC3) kimi müdafiə sistemlərinin təchizi, o cümlədən, ölkənin enerji infrastrukturunun müdafiəsinə yönəlmiş digər hərbi texnika, proqram təminatı, sərhəd müdaifə vasitələri daxildir. Bütün bunlar Azərbyacanı möhkəmləndirəcək və İrana öz hədələrini dayandırması üçün bir siqnal olacaq. Biz müttəfiqlərimizə nümayiş etidrməliyik ki, onlarla dostluğu qiymətləndiririk və İranın törətdiyi təhlükələri görməməzliyə vurmuruq”-deyə Departamentin nümayəndəsi deyib.
Qeyd edək ki, “907 saylı düzəliş” adı ilə tanınan qanunvericilik bəndi Azərbaycana silah satmağı məhdudlaşdırır. Maraqlıdır ki, bu düzəliş özündə həmçinin bir təlimatı birləşdirir. Bu qaydaya görə, əgər hərbi avadanlıq Azərbaycanın sərhəd təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyırsa, o zaman dövlət katibi “907 saylı düzəliş”i dayandırmaq səlahiyyətinə malikdir.
“Görünür hazırkı situasiyada belə addım atılacaq”-deyə Departament rəsmisi vurğulayıb.
Erməni lobbisi bu qərardan təlaşa düşüb. Erməni-amerikan lobbisinə yaxın konqresmenlər bu qərarın əleyhinə çıxırlar. Onlar hesab edirlər ki, bu izləmə texnologiyasından Dağlıq Qarabağ ərazisində yerləşmiş erməni ordusuna qarşı istifadə ediləcək.
Erməni-amerikan lobbisinin təsirində olan konqresmen Hovard Berman dövlət katibi Hillari Klintona məktub ünvanlayaraq qeyd edib ki, “bu avadanlığın Qarabağdakı ermənilərə qarşı istifadə ediləcəyindən narahatdır”.
Son zamanlar Bakı ilə Tehran arasında münasibətlərin gərginləşməsi fonunda bu məlumatın yayılması bir sıra ciddi mətləblərdən xəbər verir. Görünür Bakı “İran böhranından” özünün strateji planlarının reallaşması üçün istifadə etməyə qərar verib. Dağlıq Qarabağ münaqaişəsinin bu planda hərbi yolla həlli ilə bağlı son zamanlar tez-tez deyilən şərhlər bu baxımdan diqqətdən kənarda qala bilməz.
ABŞ dövlət katibinin bu gün Azərbyacan səfərində görünür bu məsələ müzakirə olunacaq ən vacib amillərdən olacaq.
Xaqani SƏFƏROĞLU