Modern.az

8 iyun tarixli buraxılış imtahanlarının nəticələri açıqlandı

8 iyun tarixli buraxılış imtahanlarının nəticələri açıqlandı

Ölkə

11 İyun 2012, 14:09

Modern.az saytının məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də 12 rayon və şəhərdə keçirilmiş 11-ci və 9-cu siniflər üçün buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Nəticələr TQDK-nın saytında yerləşdirlib:

//tqdk.gov.az/orta2012net9/ 

//tqdk.gov.az/orta2012net/

TQDK  iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdi. TQDK-nın məlumatına əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd  etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunmuşdu.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım