Modern.az

Goranboyda hərbçilərlə sakinlər arasında qarşıdurma baş verib

Goranboyda hərbçilərlə sakinlər arasında qarşıdurma baş verib

11 İyun 2012, 18:28

Goranboy rayonunun Gülüstan qəsəbəsində məskunlaşan bir qrup kəlbəcərli məcburi köçkünlə Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissənin əsgərləri arasında insident baş verib. Köçkünlərin Modern.az-a verdiyi məlumata görə, qarşıdurmaya səbəb hərbi hissə komandirinin sakinlərə məxsus mal-qaranı otlaq sahələrinə buraxmaması olub.

Mülki şəxslər deyiblər ki, hərbi hissə komandiri onlara məxsus mal-qaranın otlaq sahəsinə buraxılması üçün rüşvət tələb edib. Bununla əlaqədar Gülüstanda məskunlaşan köçkünlərlə hərbçilər arasında qarşıdurma yaranıb. Köçkünlər arasında xəsarət alanların olduğu bildirilir. Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün məsələ ilə bağlı ölkə başçısına şikayət məktubu göndərib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Modern.az-a açıqlama verib. O, sakinlərin dediklərini təkzib edərək, insidentin baş vermədiyini vurğulayıb.

“Orada heç bir insident baş verməyib. Sadəcə olaraq, kənd camaatı hərbi hissəyə məxsus ərazidə ferma tikmək istəyiblər. Bu da qanunla yolverilməzdir. Bu baxımdan hərbi hissə komandiri kənd sakinlərinə öz etirazını bildirib. Amma heç bir qarşıdurma olmayıb”-deyə nazirlik rəsmisi münasibət bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?