Modern.az

Azərbaycanda hansı səfirliyin inzibati binası var? - Araşdırma

Azərbaycanda hansı səfirliyin inzibati binası var? - Araşdırma

12 İyun 2012, 09:38


Hazırda Azərbaycanda 30-dan çox xarici ölkənin səfirliyi fəaliyyət göstərir. Bu səfirliklər arasında yalnız bir neçəsinin özünə məxsus ərazi kompleksi mövcuddur. Böyük əksəriyyəti isə icarə əsasında götürülən binalarda yerləşir.

Modern.az Azərbaycandakı xarici ölkə səfiriklərin bir neçəsi (Yaponiya, Norveç, Belarus, İsrail, Yunanıstan, Latviya) ilə əlaqə saxlayaraq, onların yerləşdiyi binalar haqqında məlumat əldə edib. Bu səfirliklərdən verilən məlumata görə, diplomatik korpusların əksəriyyəti “Caspian Plaza”da, bir qismi də “Hyatt Regency” otelində yerləşir.

Səfirliklərdən icazə əsasında inzibati binalar tikmək üçün bu zamana kimi heç bir quruma müraciət etmədikləri bildirilib. Diplomatik nümayəndəliklərdən bunun səbəbini ilə bağlı açıqlama vermək istəmədiklərini qeyd ediblər.

Millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı vurğulayıb ki, səfirliklər şəhərin mərkəzinə yaxın və ya uzaq yerlərdə yerləşdikləri üçün narazılıq etsələr də, ümumilikdə bununla bağlı ciddi problem yaranmayıb. “Onlar bununla əlaqədar Azərbaycan rəhbərliyinə müraciət edirlər. Dövlət başçısı isə paytaxtın icra başçısına öz göstərişlərini verir, yer ayrılır və məsələ adi qaydada həll olunur”, – deyə deputat bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda ABŞ, Çin, Rusiya, Türkiyə səfirliklərinin inzibati binası var. ABŞ dövlət katib Hillari Klintonun Bakıya səfəri zamanı bu ölkənin Azərbaycandakı səfirliyi üçün yeni ərazinin ayrlması məsələsi müzakirə edilib.

Şahanə RƏHİMLİ

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?