Modern.az

Keçmiş müsavatçı Rəsul Quliyevin partiyasına keçdi - Açıqlama

Keçmiş müsavatçı Rəsul Quliyevin partiyasına keçdi - Açıqlama

Ölkə

13 İyun 2012, 12:41

Müsavat Partiyasının Naxçıvan təşkilatından istefa verən Meydan Babayev eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçib. Bu barədə Modern.az-a məlumat verən keçmiş müsavatçı bir neçə gün bundan öncə ACP-yə üzv olmaq üçün müraciət etdiyini bildirib.

“Mən Açıq Cəmiyyət Partiyasına üzv olmaq üçün artıq bir neçə gündür ki, müraciət etmişəm. Siyasi fəaliyyətimi bundan sonra ACP-də davam etdirmək istəyirəm”, -deyə M.Babayev qeyd edib.

Sülhəddin Əkbərlə keçmiş silahdaş olduğnu deyən M.Babayev yeni partiyasında hansı vəzifə tutacağı ilə bağlı suala belə cavab verib:

“Mən hələ deyə bilmərəm ACP-də mənə hansı vəzifə veriləcək. Hələki üzv olmaq üçün maraciət etmişəm. Qeyd edim ki, mənim partiyaya qoşulmaq istəyim ACP-də çox yaxşı qarşılandı. Onlar da mənim keçidimə şad olduqlarını bildirdilər”.

Qeyd edək ki, Meydan Babayev uzun müddət Müsavat Partiyasının Naxçıvan şəhər təşkilatının sədri olub.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım