Modern.az

Müsavat Türkiyədən imtina etdi

Müsavat Türkiyədən imtina etdi

14 İyun 2012, 10:25

Müsavat Partiyasının müşkülə dönən qurultay məsələsi hələ də öz həllini tapmayıb. Partiya bir müddət öncə Bakı şəhər İcra Hakimiyyətinin qurultayla bağlı cavabına etiraz edərək tədbirin Türkiyə və Gürcüstanda keçirilməsinə qərar versə də, bu istiqamətdə ciddi bir addım atılmayıb. Partiya qurultayla bağlı daha bir qərar qəbul edib. Belə ki, qurultayın keçirilməsi üçün real varinat olaraq Gürcüstan seçilib.

Bu haqda Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, partiya VII qurultayını Gürcüstanda keçirmək istəyir.

“Biz qurultayın Türkiyədə keçirilməsindən deməzdim imtina etmişik. Sadəcə olaraq, bizim fikrimizcə, yaxşı olardı ki, qurultay Gürcüstanda keçirilsin. Bizim üçün Gürcüstan daha əlverişlidir. Buna görə də, biz  ilk olaraq Gürcüstan hakimiyyətinə müraciət edəcəyik”.

G.Aslanlı Mixail Saakaşviliyə ünvanlanacaq məktubun hazır olduğunu bildirib. Partiya rəsmisi Gürcüstan prezidentinə müraciətin yaxın günlərində göndəriləcəyini deyib:

“Məktub hazırlanıb Gürcüstan hakimiyyətinə göndəriləcək. Bunun nə zaman olacağı isə dəqiq bilinmir. Bütün bu məsələlər partiyanın Təşkilat Komitəsinin yığıncağından sonra bəlli olacaq”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?