Modern.az

Xəbərdarlıq - “Zərurət yoxdursa, küçəyə çıxmayın!”

Xəbərdarlıq - “Zərurət yoxdursa, küçəyə çıxmayın!”

14 İyun 2012, 13:36

Günvurma halları çoxalır

Son günlər havaların kəskin istiləşməsi nəticəsində günvurma hallarının sayı artıb. Bu barədə Modern.az-a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.

Onun sözlərinə görə, havaların kəskin isti keçdiyi son iki gündə günvurma ilə əlaqədar 7 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət edib. Bunlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib. Dünən isə Bakı şəhərində 2 günvurma hadisəsi baş verib.

Bu arada Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. M.Həmidovun sözlərinə görə, əhalidən hava şəraiti ilə əlaqədar zərurət olmadığı təqdirdə küçəyə çıxmamaq və avtomobillərdən istifadə etməmək xahiş olunur: “Maşınların hərəkəti çox çətindir. İnsanlar hərəkət edə bilmir. Əsassız küçəyə çıxmaq özünü travma almağa atmaq və həyatı risqə qoymaq deməkdir. Xüsusən də yaşlı insanlar bir balaca yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 35-38 təşkil edəcək, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək yüksələcək.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?