İyul ayının 1-dən tətbiq olunacaq “Halal” standartı yalnız ərzaq məhsullarına aid olacaq. Bunu Modern.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
Onun sözlərinə görə “Halal” standartının tətbiqinin vaxtı müəyyənləşdikdən və qüvvəyə mindikdən sonra istehsalçılar o adı məhsulların üzərinə yazmaq üçün o ada iddia etmək niyətində olanlar müraciət edəcək komitəyə və məhsullarını o standartın tələbləri əsasında quracaqlar.
“Halal” bir neçə adda standartdır və bu sahədə olan texniki tələbləri əhatə edəcək. Standartlar halal terminindən tutmuş istehsalçıya, istehsal edilən avadanlığa , tutaq ki, heyvanı kəsən adama, onun alətlərinə tələblərdən ibarətdir və bu cür zəncirvarı olaraq daşınma, saxlanma, satış nöqtəsinə kimi davam edir. Hətta satılan obyektdə o məhsulun digər məhsullarla ayrılması, yan-yana qoyulmaması və s. bütün məsələləri tənzimləyəcək”.
Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, indiyə qədər üzərində halal brendi daşıyan məhsullar da bu standarta uyğun istehsal olunub.
Şahanə Rəhimli