Modern.az

Müsavatın “Bakı Kristal Zalı”nda qurultay keçirməsi neçəyə başa gələ bilər? - ARAŞDIRMA

Müsavatın “Bakı Kristal Zalı”nda qurultay keçirməsi neçəyə başa gələ bilər? - ARAŞDIRMA

20 İyun 2012, 13:28

Ötən gün Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında deyib ki, iqtidar Müsavat Partiyasına qurultay üçün yer ayırmağa hazırdılar. Dövlət rəsmisi bildirib ki, hətta qurultay üçün Müsavat Partiyasına “Eurovision-2012”nin keçirildiyi “Bakı Kristal Zalı”nı da verə bilərlər, lakin icarə pulunu ödəmək şərtilə.

Maraqlıdır, “Bakı Kristal Zalı” kim tərəfindən və neçəyə icarəyə verilr?

Modern.az bunula bağlı qısa araşdırma aparıb.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov əyləncə mərkəzinin faktiki olaraq dövlət sifarişi ilə inşa edildiyini dedi. Amma zalın Mədəniyyət və Turizm Nazirliyinin balansında olmadığını bildirdi. Onun sözlərinə görə, zal istifadəyə verilsə də, hələlik hansı dövlət təşkilatının balansına keçirilməsi rəsmən bəlli deyil:

“Hələlik bu rəsmiləşməyib. Ola bilər ki, həmin zalda musiqi yarışmalarından başqa, idman və bundan daha böyük tədbirlər də keçirilsin”.

“Bakı Kristal Zalı”nın icarəyə verilmə qiymətləri barədə dəqiq məlumat öyrənə bilmədik. Əməkdaşımız “Bakı Kristal Zalı”nın administrasiyasından heç kimlə əlaqə saxlaya bilməyib. 

Qeyri-rəsmi məlumatlara görə, “Bakı Kristal Zalı”nda 1 saatlıq tədbir üçün 50 min manata yaxın vəsait tələb olunur.

Gültəkin Ələsgər
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?