Modern.az

Özalın sözcüsü Modern.az -a danışdı

Özalın sözcüsü Modern.az -a danışdı

20 İyun 2012, 14:55

 Türkiyənin dünyasını dəyişmiş səkkizinci prezidenti Turqut Özalın  həyat yoldaşı Səmra Özal və oğlu Ahmet Özal bu gün Türkiyənin hazırki prezidenti Abdulla Gülün İstanbuldakı  Tarabiyədə olan iqamətgahında görüşdə olublar.

Bu haqda Modern.az saytına Ahmet Özalın sözcüsü Musa Çelik məlumat verib.

Musa Çelik  bu görüşün məqsədindən danışıb: “Rəsmi şəkildə Turqut Özalın ölümü ilə bağlı nə vaxtdan bəri gözlənilən hesabat açıqlandı. Amma bu hesabatın açıqlanmasına qədər aylar ərzində mediada mübahisələr gedirdi. İndi də Ahmet  Özalın Abdulla Gül ilə görüşünün əsas məqsədi Turqut Özalın məzarının açılıb-açılmamasıdır” . 

Turqut Özalın ölüm səbəbləri araşdırılır. Qeyd edək ki, bu araşdırma Türkiyə prezidenti Abdulla Gülün göstərişi ilə başlanıb. Araşdırmaya səbəb Özalın ölümündəki şübhəli məqamlara aydınlıq gətirməkdir. Qərara alınıb ki, Turqut Özalın ölümünü dəqiq bilmək üçün onun məzarı açılsın. Məzarın açılması ilə bağlı son qərarı mərhumun ailəsi verəcək.

Bəzi məlumatlara görə, Turqut Özalın zəhərlənib öldürülməsində milliyətcə azərbaycanlı bir şəxsin əli olub.

Mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib.

Könül Səid 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?