Ağdaş rayonundakı 1 saylı Uşaq bağçasının ərazisində qazıntı işləri aparılarkən torpağın altından bir küp qızılın tapıldığı barədə keçən yazımızda rəsmilərin də mövqeyini öyrənəcəyimizi bildirmişdik.
Bu məqsədlə Modern.az Ağdaş rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Ağdaş rayon İcra Hakimiyyətindən saytımıza bildirilib ki, məsələ barədə məlumatlıdırlar. Qurumdan bağça ərazisində qazıntı işləri zamanı aşkar olunan tapıntınının ekspertiza üçün paytaxta göndərildiyini deyiblər:
“Demək olmaz ki, bir dolu küp tapılıb. Ən azından 5-10 ədəd sikkə olardı. Qazıntı vaxtı tapılan həmin sikkələrin qızıl olub-olmaması isə hələki dəqiqləşməyib. Ola bilər ki, bu sikkələr sadəcə dəmir parçasıdır. Ona görə də bununla bağlı araşdırma aprılır. Metalın qızıl olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə ekspertiza üçün paytaxta göndərilib. Sikkələrin qızıl olması və tarixilik baxımından qədimliyi faktı ekspertizanın cavabı ilə təsdiqlənərsə, o zaman həmin pullar dövlətə təhvil veriləcək” - deyə bildirilib.
Gültəkin Ələsgər