Modern.az

Rasim Balayev: “Kinematoqrafçılar İttifaqına alternativ təşkilatın yaradılmasına ehtiyac yox idi”

Rasim Balayev: “Kinematoqrafçılar İttifaqına alternativ təşkilatın yaradılmasına ehtiyac yox idi”

21 İyun 2012, 13:31

“Kinematoqrafçılar İttifaqına alternativ bir təşkilatın yaradılmasına ehtiyac yox idi. Yaradıblarsa da, qoy fəaliyyət göstərsin”.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Kinematoqrafçılar Birliyinin birinci katibi, Xalq artisti Rasim Balayev işlədiyi quruma alternativ təşkilatın yaradılmasını şərh edərkən deyib.

“Bu qurumun hansı məqsədlə və niyə yaradılması bəlli deyil. Onlar belə bir təşkilat yaradıb, hökumət də onlara kömək edir. Qoy yaratsınlar və işləsinlər. Əgər kinonun inkişafına bunun xeyri olacaqsa, qoy əlavə birini də yaratsınlar”, – deyə Rasim Balayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 11 yanvar 1963-cü ildə yaradılıb. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.

Bu gün isə “Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?