Modern.az

Məleykə Abbaszadə məktəb direktorlarını prokurorluğa verir

Məleykə Abbaszadə məktəb direktorlarını prokurorluğa verir

22 İyun 2012, 12:18


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirilən buraxılış imtahanında aşkarlanmış nöqsan barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yevlax rayonunda buraxılış imtahanında iştirak etmək üçün binaya giriş zamanı bir şagirdin təqdim etdiyi arayışlarda orada iki ayrı şəxsin şəklinin olduğu üzə çıxıb. Həmin arayışların şagirdlərə məktəb direktorları tərəfindən verildiyini deyən TQDK sədrinin sözlərinə görə, bu hal onu göstərib ki, bir şagird başqasının yerinə imtahan vermək istəyibmiş.

M.Abbaszadə deyib ki, TQDK faktla bağlı prokurorluq orqanlarına müraciət edəcək.

TQDK sədri onu da qeyd edib ki, Bakı şəhəri üzrə şagirdlərin məlumat bazası artıq hazırdır. “Təhsil Nazirliyinin bizə verdiyi  20000-dən çox şagirdin məlumat bazasında 1800 nəfərin adına səhvləri  olduğu müşahidə olunub”.


Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?