Modern.az

Bu ali məktəbin məzunları - prezident, baş nazir, parlament sədri, kosmonavt...

Bu ali məktəbin məzunları - prezident, baş nazir, parlament sədri, kosmonavt...

22 İyun 2012, 14:23

ADNA-dan vəzifəli məzunlarının siyahısı uzundur...

Təhsilin durumu mediada daim tənqidə tuş gəlir. Çox nadir hallarda qəzet, jurnal, eləcədə elektron mətbuatın səhifələrində təhsildəki uğurlar qələmə alınır. Modern.az bu dəfə bu sahəyə fərqli mövqedən yanaşaraq ali məktəblərimizin bu günə kimi yetişdirdiyi və hazırda vəzifədə olan şəxslər haqqında yazılar təqdim edəcək.

İlk təqdim etdiyimiz ali məktəbin yetişdirmələri arasında kosmonavtdan tutmuş, baş nazirə, hətta prezident vəzifəsinə yüksələn keçmiş tələbələr var.

Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru Qasım Məmmədov ADNA-nın öz görkəmli məzunları ilə fəxr etdiyini və tələbələrinin siyahısının uzun olduğunu dedi.

“Bir vaxtlar SSRİ neft sənayesi üzrə xalq komissarı, RSFSR və SSRİ Dövlət Plan Komitəsinin sədri, Sosialist Əməyi qəhrəmanı, akademik Nikolay Baybakov ADNA-nın tələbəsi olub. Yadımda qaldığı qədər o, 1930-cu illərin məzunudur.

SSRİ-nini birinci kosmonavtlarından olan  Vitali Jolobov da bu universitetin məzunudur. 1950-ci illərin məzunu, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt  Yusifzadə bizim ali təhsil ocağının tələbəsi olub. Hazırda Azərbaycanın baş naziri vəzifəsini tutan Artur Rəsizadə də ADNA-da təhsil alıb. Tələbəlik həyatı 1960-cı illərə təsadüf edən baş nazirimiz və Anqolanın prezidenti Eduardo Duş Santuş da yüksək vəzifədə olan məzunlarımızdandır. Bu universitetdən vəzifəyə gələnlərin siyahısında 1970-ci illərin məzunları, “Lukoyl” şirkətinin  prezidenti Vahid Ələkbərov və Azərbaycanın sənaye və energetika naziri Natiq  Əliyevin adlarını da qeyd etmək olar. Universitetin fəxr edəcəyi məzunları arasında bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional direktoru Rəşid Cavanşir, Milli Məclisin sədri Oqtay Əsədovun da adları var”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?