Modern.az

Ölümü hara basdırım? - Bakıda qəbiristanlıq problemi

Ölümü hara basdırım? - Bakıda qəbiristanlıq problemi

25 İyun 2012, 18:57

Paytaxtın yeni qəbiristanlıq müşkülünə hələ ki çözüm gətirilməyib


Yeni qəbiristanlığın yaradılması ilə bağlı paytaxt meri H.Abutalıbovun sərəncamının icrası ləngiyir. Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov qəbiristanlığın nə vaxt və harada yerləşəcəyi barədə Modern.az-ın sualına cavab verərkən bildirib:

“Hazırda bunun üçün konkret bir yer ayrılmayıb. Qəbiristanlığın harada yerləşəcəyini Bakı Şəhər İcra Hakimiyyəti müəyyənləşdirəcək. Harada və nə vaxt salınacağı barədə də dəqiq heç bir məlumat yoxdur. Yəqin ki, Bakının kənarında bir sahə ayrılar. Hövsanda belə bir sahə ayrılmışdı. Nərimanov rayonunda olan qəbiristanlığın bir hissəsi Hövsana köçürüldü. 7-ci mikrorayonda metro inşası məsələsi ilə bağlı oradakı məzarların da bir hissəsi Sulutəpəyə  köçürüldü”.

S.Həsənov qeyd edib ki, hazırda qəbiristanlıqlarda boş yerlər olduqca məhdud saydadır. “Hazırda trestin balansında 28 qəbiristanlıq olsa da, onlar tam doludur. Boş yer çox azdır”.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?