Modern.az

Zahid Qaralov: “Bələdiyyə sədrlərinin həbs edilməsi acınacaqlıdır”

Zahid Qaralov: “Bələdiyyə sədrlərinin həbs edilməsi acınacaqlıdır”

27 İyun 2012, 12:56

Komitənin işini mən yox, onun sədri bilər...”

Yeni Azərbaycan Partiyasının Səbail rayon şöbəsinin sədri Zahid Qaralov Modern.az-a açıqlamasında son dövrlər bələdiyyə sədrlərinin cinayət məsuliyyətinə cəlb olunma sayının artdığından narahat olduğunu bildirib. O, mətbuata açıqlama vermək istəməsə də məsələ ilə bağlı fikirlərini belə izah edib:

“Bu qədər bələdiyyə rəhbərlərinin cinayətə cəlb olunması çox acınacaqlıdır. Mən belə gözləmirdim. Belə halların artmasının nədən yarandığını deyə bilmərəm”.

Milli Məclisin Regional siyasət komitəsinin keçmiş sədri Zahid Qaralov komitənin bu günki fəaliyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, komitənin indiki fəaliyyəti, onun necə  işləməsini komitə rəhbərləri bilər. “Ona görə də, mən kənar müşahidəçi kimi fikir söylə bilmərəm”

“Amma materialları oxuyuram, baxıram. Mətbuata fikir söyləmək istəmirəm. Fakt fakt olaraq qalır. Qanun vermək ayrıdır, onu birbaşa tətbiq etmək ayrı... Amma bu bağlılıq təmin olunmalıdır”, -deyə Z.Qaralov qeyd edib.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?