Modern.az

TQDK sonuncu buraxılış imtahanının nəticələrini açıqladı

TQDK sonuncu buraxılış imtahanının nəticələrini açıqladı

30 İyun 2012, 19:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da keçirtdiyi buraxılış imtahanların nəticələrini açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
TQDK rəsmisi bildirib ki, dünənən  Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarının  orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanın nəticələri artıq məlumdur. 

İmtahan verən 11-ci sinif şagirdləri bu
(//www.tqdk.gov.az/orta2012net/ )
və 9-cu sinif şağirdləri isə bu
(//www.tqdk.gov.az/orta2012net9/)
bu linklərə daxil olmaqla öz imtahan nəticələrini öyrənə bilərlər.   
  

Qeyd edək ki, iyunun 29-da keçirilən imtahanda müxtəlif binalarda 14 şagird   müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd,  imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Ümumi  orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30


Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?