Modern.az

İcra başçısı: “Maksim Musayev kimdir ki, fəaliyyətimə qiymət versin"

İcra başçısı: “Maksim Musayev kimdir ki, fəaliyyətimə qiymət versin"

3 İyul 2012, 14:46

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Modern.az saytına açıqlamasında sabiq deputat Maksim Musayevin onun haqqında söylədiyi ittihamlara sərt reaksiya verib:

«Maksim Musayev kimdir ki, mənim fəaliyyətimə qiymət verir. Mən bu adamı rayondan qovmuşam. Xızıdakı fəaliyyətimə gəlincə, mənim icra başçısı olduğum dönəmdə rayona şəhər statusu verildi. Bu rayonu şəhərə çevirdim. Orada nə qədər obyektlər açıldı, abadlıq işləri görüldü. Əgər Xızıda bu inkişaf olmasaydı, Xızı şəhərə çevrilə bilərdimi?

Bu gün mənim fəaliyyətimə cənab prezidentimiz də qiymət verib. Məni Xızıdan bir neçə dəfə böyük rayona – Beyləqana rəhbər təyin edib. Bu, böyük etimaddır. Mən bu etimadı doğrultmaq üçün əlimdən gələni edirəm.

Maksimi ulu öndər Heydər Əliyev Qax rayonuna başçı qoymuşdu. Heydər Əliyevə ilk balta çalan adamlardan biri də Maksim Musayev oldu”.

Qeyd edək ki, sabiq deputat Maksim Musayev Modern.az saytına müsahibəsində Xızı rayonda bu yaxınlaradək icra başçısı işləmiş Vaqif Abdullayevdən çox şeylər eşitdiyini vurğulayıb:

” Mənim Xızı rayonunda evim var. Xızı rayonda bu yaxınlaradək icra başçısı işləmiş Vaqif Abdullayevdən çox şeylər eşitmişəm. Millətin qanını sorub. Camatın dərdi ilə maraqlanmayıb. Elələrinə görə icra başçılığından da nifrət etmişəm. Deyəsən indi başqa rayonda işləyir”.

Xatırladaq ki, Maksim Musayevin özü də Milli Məclisin deputatı seçilməzdən öncə - 1991-1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?