Modern.az

4 azərbaycanlı qız xarici vətəndaşlara övladlığa verilib

4 azərbaycanlı qız xarici vətəndaşlara övladlığa verilib

4 İyul 2012, 15:30

“2012-ci ilin ilk günündən bu günə qədər 4 uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib”. Bu sözləri Modern.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Seymur Məmmədov deyib. O qeyd edib ki, uşaqlardan ikisi Rusiya vətəndaşlarına, biri Avropa (İsveçrə), digəri isə ABŞ vətəndaşlarına övladlığa verilib.

“Ümumiyyətlə, Rusiya vətəndaşları övladlığa ancaq öz qohumlarının uşaqlarını götürürlər. Belə ki, onların əksəriyyəti uzun illər Rusiyada yaşayan, oranın vətəndaşı olan və uşaqları olamayan azərbaycanlılardır. Onlar öz qohumlarının uşaqlarını övladlığa götürmək üçün müraciət edirlər. Həmin iki uşaq da belə övladlığa verilib. İsveçrə və ABŞ-a verilən uşaqlar isə qüsurlu olanlardır”.

S.Məmmədov xarici ölkə vətəndaşlarına övladlığa verilən uşaqların dördünün də qız olduğunu deyib. O, hazırda müxtəlif ölkələrdən 10 əcnəbi ailənin növbədə dayandığını qeyd edib.

“Bunlar ABŞ, Fransa, Rusiya və digər ölkələrdən olan ailələrdir”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?