Modern.az

“İsa Qəmbər ümidləri doğrultmadı...”- Yenə vahid namizəd məsələsi...

“İsa Qəmbər ümidləri doğrultmadı...”- Yenə vahid namizəd məsələsi...

5 İyul 2012, 09:58

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin 2013-cü ildə keçiriləcək prezidet seçkilərində İsa Qəmbərin vahid namizəd kimi irəli sürülməsi haqda deyilələri Modern.az-a şərh edib. S.Cəlaloğlu Müsavat başqanının yenidən seçkilərə müxalifətin vahid namizədi kimi qatılmasını doğru saymadığını bildirib.

“İsa Qəmbər bir neçə dəfə namizəd kimi çıxış edib, amma gözləntiləri doğrultmayıb. Elə düşünürəm ki, bu variant həm də o baxımdan düzgün olmazdı. Müxalifət liderlərinin üzərində durmaqda biz vahid namizəd ideyasını reallaşdıra bilməyəcəyik. Liderlər arasındakı ayrı-seçkiliyi nəzərə alsaq, deyə bilərik ki, siyasi liderlərdən kənarda bir şəxsin namizədliyi irəli sürülməlidir”, -deyə ADP sədri qeyd edib.

Vahid namizəd məsələsi ilə bağlı dəfələrlə mətbuata açıqlama verən S.Cəlaloğlu prezident seçkilərində hansı müxalifət liderinin iştirakını dəstəkləməsi ilə bağlı sualımıza belə cavab verib:

“Əslində Azərbaycanda kiminsə namizəd məsələsi önəmli deyil. Kiminsə namizəd olaraq müəyyənləşməsi müxalifətin bir araya gəlməsidir. Azərbaycanda xalq üçün vuruşan, üzdə olan adamlardan hər biri müxalifətin vahid namizədi kimi çıxış edə bilər. Mən şəxsiyyətlərin üzərinə bu sualın cavabını axtarmaqdan daha çox, problemin həllinin tərəfdarıyam”.

Qeyd edək ki, müxalifətin birləşdiyi İctimai Palatanın seçkilərə vahid namizədlə təmsil olunması son günlərin müzakirə mövzusu olaraq qalmaqdadır. Müxalifət funksionerləri bu haqda hər hansı qərar verməyin hələ tez olduğunu bildirirlər.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?