Modern.az

Bu il ən çox “2” alan məzunlar bu rayonlardandır - SİYAHI

Bu il ən çox “2” alan məzunlar bu rayonlardandır - SİYAHI

5 İyul 2012, 10:33

TQDK-nın açıqladığı nəticələrdən belə məlum olub ki, bu il respublika üzrə ən çox “2” alan şagirdlər cənub bölgəsini təmsil edirlər

Bu ildən orta məktəblərdə buraxılış imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirdi və artıq bütün bölgələr üzrə nəticələr də məlumdur.

Əgər əvvəlki illərdə Təhsil Nazirliyi orta məktəblərin 9-cu və 11-ci siniflərini bitirən məzunlar üçün bir neçə fənndən (11-ci sinif üzrə 8 fənn - ana dili, riyaziyyat, coğrafiya, tarix, kimya, xarici dil, fizika və biologiya, 9-ci sinif üzrə 2 fənn – ana dili və riyaziyyat) imtahan keçirirdisə, TQDK bundan imtina etdi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərin buraxılış siniflərində oxuyan şagirdlərin biliyini iki fənn (ana dili və riyaziyyat) üzrə imtahan etdi.

Modern.az
-ın əməkdaşı builki buraxılış imtahanında hansı bölgədən olan şagirddlərin daha çox qeyri-kafi (“2”) aldığını araşdırıb. TQDK-nın açıqladığı nəticələrdən belə məlum olub ki, bu il respublika üzrə ən çox “2” alan şagirdlər cənub bölgəsini təmsil edirlər.

İyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində təhsil alan 9-11-ci siniflər üzrə buraxılış imtahanlarında ümumilikdə 27067 şagird iştrak edib. Bunlardan 11107 nəfəri 11-cilər, 15960 nəfəri isə 9-cular olub. İmtahanda 11-ci sinfin məzunlarından 466 nəfər ana dilindən, 1121 nəfər riyaziyyatdan “2” qiyməti alıb.
9-cu sinfi bitirənlərdən isə 1742 nəfəri ana dilindən, 2725 nəfəri isə riyaziyyatdan “2” qiyməti alıb. Ümumilikdə isə bu rayonlar üzrə 6054 şagird buraxılış imtahanlarından “2” alıb.

Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan rayonları üzrə 26583 şagird buraxılış imtahanı verib. Onlardan 10328 nəfəri 11-cilər, 16255 nəfəri isə 9-cular olub. 11-ci sinfi bitirənlərdən 1059 nəfəri ana dilindən, 1252 nəfəri isə riyaziyyatdan “2” qiyməti alıb. 9-cular üzrə 2197 nəfər ana dilindən, 3434 nəfər isə riyaziyyatdan “2” alıb. Ümumilikdə bu rayonlar üzrə “2” alanların sayı 7942 nəfər olub.

Şimal-qərb bölgəsindəki Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda keçirilən buraxılış imtahanlarında 24781 şagird iştrak edib. Onlardan 10288 nəfəri 11-cilər, 14493 nəfəri isə 9-culardır.
Bu bölgədə 11-ci sinfi bitirənlərin 857-si ana dilindən, 545-i isə riyaziyyatdan “2” alıb. 9-culardan isə 2293-ü ana dilindən, 1244-ü riyaziyyatdan qeeyri-kafi (“2”)  nəticə göstərib.
Şimal-qərb bölgəsində bu il orta məktəbin buraxılış siniflərində imtahan verən şagirdlərdən ümumilikdə 4939 nəfəri “2” qiyməti alıb.

Cənub bölgəsində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda təhsil alan 9-11 sinif şagirdləri üçün  buraxılış imtahanında 28880 nəfər iştrak edib. Bunlardan 17786 nəfəri 9-cu, 11094  nəfəri isə 11-ci sinifin məzunları olub.
Cənub bölgəsində 11-ci sinfi bitirənlərdən 840 nəfəri ana dilindən, 1536 nəfəri isə riyaziyyatdan “2” alıb. 9-culardan isə 2705-i  ana dilindən, 3840 nəfəri isə riyaziyyatdan “2” ilə qiymətləndirilib.
Ümumilikdə isə cənub bölgəsindəki rayonlar üzrə 8921 şagird imtahandan “2” alıb.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?